525.Az

Zurabişvili Rusiya rəhbərliyinə müraciət edib


 

Zurabişvili Rusiya rəhbərliyinə müraciət edib<b style="color:red"></b>

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya rəhbərliyinə müraciət edib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, S. Zurabişvili Rusiya rəhbərliyindən vəziyyəti gərginləşdirməməyi istəyib.

“Mən Rusiya rəhbərliyinə müraciət edirəm. Radikal qüvvələr tərəfindən yaradılan gərginliyi izləməyin. Bizim sülhməramlı siyasətimiz regionda və ölkədə stabilliyin saxlanması üçün yeganə yoldur. Rusiyada yaşayan vətəndaşlarımıza da müraciət edərək bildirirəm ki, mən sizin də prezidentinizəm və sizin rifahınız  bizim üçün çox önəmlidir”, - S. Zurabişvili bildirib.

 





09.07.2019    çap et  çap et