525.Az

AKP Əli Babacanın partiyadan istefasına münasibət bildirib


 

AKP Əli Babacanın partiyadan istefasına münasibət bildirib<b style="color:red"></b>

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Əli Babacanın partiya üzvlüyündən istefa verməsinə münasibət bildirib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, AKP sədrinin müavini Numan Kurtulmuş Ə. Babacanın partiyadan istefasına hörmətlə yanaşdıqlarını bildirib.

AKP-nin parlament və bələdiyyə seçkilərində qalib gəldiyini xatırladan sədr müavininin sözlərinə görə, siyasi partiya yaratmaq elə də asan məsələ deyil: “Əlbəttə, kim istəsə, partiya yarada bilər. Bu, Əli Babacanın seçdiyi yoldur və biz buna hörmətlə yanaşmalıyıq”.

N. Kurtulmuş qeyd edib ki, AKP-nin bugünkü uğurlarının arxasında adları açıqlanmayan xeyli sayda insan var və onlar bu uğurlarda böyük pay sahibidirlər: “AKP güclü şəkildə fəaliyyətini davam etdirir, ona görə də kiminsə sıralarımızdan ayrılmasının partiyaya zərər verməyəcəyi qənaətindəyəm”.

Qeyd edək ki, Ə. Babacan ötən gün AKP üzvlüyündən istefa verib. AKP-nin qurucularından olan Ə. Babacanın sabiq prezident Abdulla Güllə birlikdə siyasi partiya təsis edəcəyi gözlənilir. 

 





09.07.2019    çap et  çap et