525.Az

Otlaq sahəsinə görə kütləvi dava olub: ölən var


 

Otlaq sahəsinə görə kütləvi dava olub: <b style="color:red">ölən var</b> Göygöl rayonunda otlaq üstündə dava düşüb.

Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, dava Göygöl rayonu ilə Şəmkir rayonu arasında heyvanların otarılması üçün nəzərdə tutulan yer üstündə baş verib. Polisdən bildiriblər ki, 4 nəfər Göygöl rayon sakini ilə 5 nəfər Şəmkir rayon sakini arasında yaranan davada bir neçə nəfər müxtəlif bədən xəsarətləri alaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rayonun Mollacəlilli kənd sakini, 37 yaşlı Xəyyam Cəfərov ağır kəllə-beyin travması aldığına görə xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
 





11.10.2013    çap et  çap et