525.Az

Pakistan mediası Azərbaycandakı seçkiləri işıqlandırıb


 

Pakistan mediası Azərbaycandakı seçkiləri işıqlandırıb<b style="color:red"></b>

Azərbaycanda keçirilmiş  Prezident seçkiləri Pakistanın aparıcı elektron və çap nəşrləri tərəfindən  geniş işıqlandırılmışdır.
 
525.az-ın məlumatına görə, Pakistanın ən böyük tirajlı urdu dilli “Navai Vakt”, “Janq”, ingilis dilli “Daily Times”, “ The News” qəzetlərində həmçinin “DNA news”, “Radio Pakistan”, “PTV” televiziya kanalında, “Lahor Times” informasiya agentlikləri, “Centreline” və “Diplomatic Star” jurnallarında Azərbaycanda 9 Oktyabr tarixində keçirilmiş seçkilərin 60 yaxın ölkənin təmsilçiləri, həmçinin ATƏT, Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Türkdilli Ölkələrin Parlament Assambleyası , MDB və digər təşkilatlardan olan 1400 nəfərdən çox xarici və 52 min yerli müşahidəçinin müşahidə etdiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, senator Müşahid Hüseynin rəhbərliyi ilə 16 nəfərdən ibarət Pakistan nümayəndə heyəti də prezident seçkilərini müşahidə etmək məqsədilə Azərbaycana səfər etmişdir. Bildirilmişdir ki, 1000 dən çox seçki məntəqələrində veb kameralar vasitəsi ilə seçkilərin müşahidə etmək üçün şərait yaradılmış, dünyanın 100-dən çox aparıcı media mənsubları seçkilərdən reportajlar hazırlayıb. 

Məqalələrdə tam şəffaf və demokratik şəkildə  keçirilmiş seçkilərdə prezidentliyə namizəd cənab İlham Əliyevin 84,73 faiz səslə inamlı qələbə çaldığı vurğulanıb. 

Daha sonra yazılarda, Pakistan nümayəndə heyətinin Azərbaycan Respublikasının  yeni seçilmiş Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyi vurğulanıb. Bildirilmişdir ki görüşdə, cənab İlham Əliyev Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana  verdiyi dəstəyə görə minnətdarlığını bildirərək  ölkəsinin Kəşmir məsələsində Pakistanın yanında olduğunu   qeyd edib. 

Dərc edilmiş məqalələrlə aşağıdakı linklərdən tanış olmaq mümkündür: 

http://www.thenews.com.pk/Todays-News-2-207506-Azerbaijan-president-meets-Pak-delegation-after-victory-in-polls

http://www.dailytimes.com.pk/default.asp?page=2013%5C10%5C11%5Cstory_11-10-2013_pg14_1

http://e.jang.com.pk/10-11-2013/pindi/pic.asp?picname=53.gif

http://www.nawaiwaqt.com.pk/E-Paper/islamabad/2013-10-11/page-12

http://www.radio.gov.pk/newsdetail-55008

http://www.lhrtimes.com/2013/10/10/azerbaijan-president-says-he-wants-promotion-of-cooperation-with-pakistan-in-defence-and-trade-fields-202765/#ixzz2h6GH1wFD

http://dnanews.com.pk/2013/10/ilham-aliyev-sweeps-azerbaijan-presidential-election/

http://centreline.com.pk/?p=2715

 
www.diplomaticstar.net

http://www.diplomaticstar.net/ilham-aliyev-gathers-84-55-percent-of-votes-in-azerbaijani-presidential-election.html

 





11.10.2013    çap et  çap et