525.Az

Dmitri Medvedev İlham Əliyevi təbrik etdi


 

Dmitri Medvedev İlham Əliyevi təbrik etdi<b style="color:red"></b> Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev prezident İlham Əliyevi təbrik edib.
 
525.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Dmitri Medvedev  bildirib ki, seçki kampaniyası bir daha təsdiq edib ki, Azərbaycan vətəndaşları ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, irimiqyaslı sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə yönəlmiş xətti tamamilə dəstəkləyirlər.
 
Prezident İlham Əliyevin Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfəsini yüksək qiymətləndirən  Dmitri Medvedev əmindir ki, səmərəli ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına tam mənada cavab verir. Dmitri Medvedev dövlət başçısına məsul fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıb.
 





12.10.2013    çap et  çap et