525.Az

Azərbaycan yazıçılarının əsərləri ingilis dilində


 

Azərbaycan yazıçılarının  əsərləri ingilis dilində<b style="color:red"></b>

“Mütərcim” nəşriyyatı  “Müasir Azərbaycan Ədəbiyyatı”(“Modern Azerbaijan Literature”) seriyasından olan iki kitabı – Hüseynbala Mirələmovun “Gəncə qapıları” tarixi roman pyesini və Novruz Nəcəfoğlunun uşaqlar üçün yazdığı “Tural, Humay və Nicat” hekayələr kitabını ingilis dilində çapdan buraxıb. Kitablar ingilis dilli oxucular və ingilis dili təmayüllü məktəblər üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan yazıçılarının oxucu auditoriyasının daha da genişləndirilməsi, müasir Azərbaycan ədəbiyyatı nümunələrinin beynəlxalq aləmdə tanıdılması kimi xeyirxah təşəbbüslə çıxış edən nəşriyyat yeni layihəsi çərçivəsində ingilis dilinə tərcümə olunmuş bir sıra müəlliflərin-Məmməd Arazın, Ramiz Rövşənin, Kamal Abdullanın, Vaqif Bəhmənlinin, Ağacəfər Həsənlinin, Kamil Əfsəroğlunun, Yaşarın, Kəmalə Abiyevanın və digər şair və yazıçıların əsərlərinin çap olunmasını nəzərdə tutub.

Kitabların ingilis dilində tərtibçisi və tərcüməçisi Kamran Nəzirlidir.

 





12.10.2013    çap et  çap et