525.Az

Rus səfirin qətlinin görüntülərinin yayımlanması ilə bağlı TRT əməkdaşları saxlanıldı


 

Rus səfirin qətlinin görüntülərinin yayımlanması ilə bağlı TRT əməkdaşları saxlanıldı <b style="color:red"></b>

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin görüntülərinin TRT telekanalında yayımlanması ilə bağlı aparılan araşdırma çərçivəsində əməliyyat keçirilib.

APA-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, polisin prokurorluğun təqdimatı ilə keçirdiyi əməliyyat nəticəsində FETÖ terror təşkilatının üzvü olan 6 nəfər saxlanılıb.

Onlardan 5 nəfəri TRT əməkdaşıdır. Bir nəfər isə əvvəllər telekanalda çalışıb.

Qeyd edək ki, 19 dekabr 2016-cı ildə Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən Mert Altıntaş təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

 





18.07.2019    çap et  çap et