525.Az

İran Fars körfəzində qaçaq neft daşıyan tankeri ələ keçirdi


 

İran Fars körfəzində qaçaq neft daşıyan tankeri ələ keçirdi <b style="color:red"></b>

İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində qaçaq neft daşıyan tankeri ələ keçirib.

APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH-ın bu gün yayımladığı bəyanatda bildirilib ki, neft tankeri uzun sürən izləmədən sonra təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində bazar günü saxlanılıb.

Tankerin 1 milyon barel həcmində qaçaq neft daşıdığı məlum olub. Gəminin ekipaj üzvü olan 12 əcnəbi həbs olunub.

Onların barəsində cinayət işi başlanılıb.

 





18.07.2019    çap et  çap et