525.Az

Əli Əhmədov ABŞ səfiri ilə görüşdü


 

Əli Əhmədov ABŞ səfiri ilə görüşdü<b style="color:red"></b>

Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüş keçirib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında çox yaxşı münasibətlərin olduğunu deyən Ə.Əhmədov bu əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edib. O diqqətə çatdırıb ki, bir çox məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür. Bu da əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Baş nazirin müavini xüsusilə iqtisadi əməkdaşlıqdan danışaraq bildirib ki, Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində ABŞ şirkətləri yaxından iştirak edir.

Ö.Litsenberqer isə qeyd edib ki, ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini ciddi şəkildə dəstəkləyir.

O bildirib ki, Azərbaycanın regionda və beynəlxalq aləmdə oynadığı rol, eyni zamanda, təhlükəsizlik sahəsində Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata töhfəsi yüksək qiymətləndirilir:

“Bu istiqamətdə beynəlxalq səylər  və etibarlı tərəfdaşlıq ABŞ höküməti tərəfindən müsbət dəyərləndirilir”.

Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

C.ABASOV

 





24.07.2019    çap et  çap et