525.Az

Conson qardaşını nazir müavini təyin etdi


 

Conson qardaşını nazir müavini təyin etdi<b style="color:red"></b>

Böyük Britaniyanın yeni Baş naziri Boris Conson əvvəllər nəqliyyat nazirinin müavini işləmiş kiçik qardaşı Co Consonu Biznes, Energetika və Sənaye Strategiyası işləri üzrə nazir müavini təyin edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Boris Conson çərşənbə günü Baş nazir vəzifələrinin icrasına başlayıb.

O artıq müasir Britaniya tarixində hakimiyyəti bir partiyadan digərinə vermədən hökumətin tərkibində genişmiqyaslı dəyişikliklər həyata keçirməyə macal tapıb.

 





25.07.2019    çap et  çap et