525.Az

Azərbaycanlıların Moskvadakı ən böyük bazarı bağlandı


 

Azərbaycanlıların Moskvadakı ən böyük bazarı bağlandı<b style="color:red"></b>

Rusiya paytaxtında iğtişaşların baş verdiyi meyvə-tərəvəz bazası bağlanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Rospotrebnadzor” yerli sakinlərin şikayəti əsasında ötən bazar günü iğtişaşların baş verdiyi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasının bağlanmasına qərar verib.
 
Bu gün səhər saatlarında meyvə-tərəvəz bazasının sanitariya günü ilə əlaqədar bağlandığı barədə məlumat yayılıb.
 
Qeyd edək ki, “Pokrov” meyvə-tərəvəz bazasında çoxlu sayda azərbaycanlı çalışır. 

 





14.10.2013    çap et  çap et