525.Az

"Müəllim olmaq istəyən 18 mindən çox namizəd növbəti mərhələyə keçib"


 

"Müəllim olmaq istəyən 18 mindən çox namizəd növbəti mərhələyə keçib"<b style="color:red"></b>

"Bu ilki müəllimlərin işə qəbulu imtahanlarında 41 288 namizəd iştirak edib. Onlardan 18 881 namizəd (46%) uğur qazanaraq növbəti mərhələyə keçib".

"Report" xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva imtahanların yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, uğur qazanan namizədlər arasında 3 nəfər maksimal (60 bal) nəticə göstərib.

Nazir müavini qeyd edib ki, bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar olaraq iştirak edib: "Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan veriblər. Təkrar iştirak edən namizədlərin əksəriyyəti keçən ilki nəticələrdən daha yüksək nəticə qazanıblar".

 





25.07.2019    çap et  çap et