525.Az

Müəllim olmaq istəyən 33 namizədin imtahan nəticəsi ləğv edildi


 

Müəllim olmaq istəyən 33 namizədin imtahan nəticəsi ləğv edildi <b style="color:red"></b>

Bu il müəllimlərin işə qəbulu imtahanlarında 33 namizədin imtahan nəticəsi ləğv edilib.

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə imtahanların yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, onların imtahan nəticəsinin ləğvinə səbəb imtahan qaydalarını pozmasıdır.

Nazirlik rəsmisi əlavə edib ki, ən çox rast gəlinən qayda pozuntuları köçürməyə cəhd etmə, yanındakı namizəd ilə danışmadır:

"Eyni zamanda, başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana daxil olmağa cəhd də olub və bunun qarşısı alınıb. Bəzi hallarda namizədlər tərəfindən imtahana telefon ilə deyil, hətta rabitə qurğusu ilə gəlmək cəhdləri olub. Bütün sadalanan hallara yol verdiyinə görə 33 nəfərin imtahan nəticəsi ləğv edilib".

 





25.07.2019    çap et  çap et