525.Az

Çuqoşvili: “Parlamentdə növbədənkənar iclasların keçirilməsinə ehtiyac yoxdur”


 

Çuqoşvili: “Parlamentdə növbədənkənar iclasların keçirilməsinə ehtiyac yoxdur”<b style="color:red"></b>

“Gürcüstan parlamentində növbədənkənar iclasların keçirilməsinə ehtiyac yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın vitse-spikeri Tamar Çuqoşvili bildirirb.

Onun fikrincə, növbədənkənar iclaslar üçün müzakirəsi təklif olunan məsələlərlə bağlı tələsmək lazım deyil:

“Parlamentin üzərində çalışdığı bütün məsələlər sentyabra qədər gözləyə bilər. Biz bu mövzulara qayıda bilərik. Nöbədənkənar iclaslara ehtiyac yoxdur”.

Qeyd edək ki, qonşu ölkə parlamentində növbədənkənar iclasların keçirilməsi planlaşdırılırdı. Toplantılarda 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı proporsional sistemə keçid, majoritar sistemin isə ləğvi məsələsinin müzakirələri nəzərdə tutulurdu.

 





25.07.2019    çap et  çap et