525.Az

Avropa komissarı: "İraq və Suriyada 1400-dək avropalı uşaq ola bilər"


 

Avropa komissarı: "İraq və Suriyada 1400-dək avropalı uşaq ola bilər"<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Avropa ölkələrindən İraq və Suriyadakı münaqişə bölgələrinə gedən 2,5 minədək əcnəbi terrorçunun hazırkı vəziyyətindən bixəbərdir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin təhlükəsizlik birliyi komissarı Culian Kinq Avropa Parlamentindəki dinləmələrdə bildirib.

“Bizim ehtimalımıza görə, Avropa ölkələrindən İraq və Suriyadakı münaqişə bölgələrinə cəmi 5500-dək əcnəbi terrorçu getmişdi ki, bunların üçdə ikisi kişilər, dörddəbiri də qadınlardır. Bunlardan azı 1400 nəfərin öldüyünü düşünürük”, - deyən komissar, təqribən, 1600 nəfərin də geri qayıtdığını güman etdiklərini bildirib.

“Yerdə qalan 2500 nəfər hesaba alınmayıb, harada olduqlarını bilmirik”, - deyən J.Kinq münaqişə bölgələrində valideynlərindən azı birinin Aİ vətəndaşı olan 1400-dək uşağın ola biləcəyini də diqqətə çatdırıb.

 





25.07.2019    çap et  çap et