525.Az

"2030-cu ilə qədər 4,5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər"


 

"2030-cu ilə qədər 4,5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər"<b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatit ilə bağlı hesabatını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə təşkilatın araşdırmalar şöbəsinin müdiri Mark Baltreys bildirib ki, dünyada 325 milyondan çox  insan Hepatit B və C virusuna yoluxub.

Belə ki, 257 milyondan çox insan hepatit B, 71 milyon xroniki Hepatit C infeksiyası ilə yaşayır. Ümumən 430 milyon insan lazımi müalicə almasa xəstəlikdən öləcək.

Mark Baltreys onu da vurğulayıb ki, xəstəliyə qarşı mübarizəyə ildə 6 milyard dollar sərmayə qoyulmasa, 2030-cu ilə qədər 4.5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər.

 





26.07.2019    çap et  çap et