525.Az

Nazirlik: "MiQ-29 qırıcısının qəzasını əks etdirən videogörüntü saxtadır"


 

Nazirlik: "MiQ-29 qırıcısının qəzasını əks etdirən videogörüntü saxtadır"<b style="color:red"></b>

Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür.

Trend-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə yayılan, guya MiQ-29 qırıcısının qəza anını əks etdirən videogörüntü ilə bağlı Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, yayılan videogörüntünün heç bir əsası yoxdur və yalandır:

"Plana uyğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən, inanmamağa çağırırıq".

 





26.07.2019    çap et  çap et