525.Az

Gürcüstanda təhsilə yararsız Azərbaycan dilli məktəbdə təmir işlərinə başlanıldı


 

Gürcüstanda təhsilə yararsız Azərbaycan dilli məktəbdə təmir işlərinə başlanıldı<b style="color:red"></b>

Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində illərdir təhsilə yararsız vəziyyətdə olan Azərbaycan dilli məktəbdə təmir-bərpa işlərinə başlanılıb.

Bu barədə “Report”un yerli bürosuna Qardabani rayonunun Sakrebulo sədrinin müavini Rəfi Orucov məlumat verib.

Onun sözlərinə görə, Muğanlı kənd məktəbinin təmir olunması rayonda səbirsizliklə gözlənilən layihə idi: “Məktəbin təmir-bərpa işlərinə dövlət büdcəsindən 305 min lari vəsait ayrılıb. Təmir işlərinin sentyabr ayının 10-na qədər başa çatdırılacağına zəmanət verilib”.

R.Orucov qeyd edib ki, təmir işləri zamanı təhsil ocağında mövcud ciddi çatışmazlıqlar və problemlər aradan qaldırılacaq.

Qeyd edək ki, Muğanlı kənd məktəbində 500-ə yaxın şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur. Üçmərtəbəli təhsil müəssisəsi 40 ildən artıqdır istifadəyə verilsə də, bu günə qədər binada əsaslı təmir işləri aparılmayıb.

 





26.07.2019    çap et  çap et