525.Az

Tramp S-400-lə bağlı Türkiyəni günahlandırmadığını söyləyib


 

Tramp S-400-lə bağlı Türkiyəni günahlandırmadığını söyləyib<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Tramp rəsmi Ankaranın Rusiyadan “S-400” hava müdafiə kompleksi alması ilə bağlı növbəti açıqlama verib.

APA-nın “TASS”a istinadla verdiyi xəbərə görə, Tramp Rusiyadan S-400 almaqda Türkiyəni günahlandırmadığını söyləyib.

Eyni zamanda, prezident bununla əlaqədar Türkiyəyə sanksiya tətbiq etmək qərarını nə vaxt verəcəyini açıqlamayıb.

Tramp ABŞ-ın Türkiyənin sifariş etdiyi beşinci nəsil "F-35" döyüş təyyarələrinin digər ölkələrə də "asanlıqla" sata biləcəyinə inandığını bildirib.

 





27.07.2019    çap et  çap et