525.Az

Ərdoğan: “F-35 satmasanız...”


 

Ərdoğan: “F-35 satmasanız...”<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, əgər Birləşmiş Ştatlar F-35 təyyarələrini satmasa, Türkiyə başqa yerə üz tutacaq.

APA “voice america”ya istinadən verdiyi xəbərə görə, Ərdoğan əlavə edib ki, ABŞ-ın Ankaranı proqramdan kənarlaşdırmaq qərarı Türkiyəni ehtiyaclarını qarşılamasının qarşısını almayacaq.

Qeyd edək ki, Ankara Rusiyada Vaşinqtonun təhlükə olaraq gördüyü S-400 raketlərini alandan sonra Birləşmiş Ştatlar ötən həftə NATO müttəfiqi olan Türkiyəni F-35 proqramından çıxardığını bildirib.

 





27.07.2019    çap et  çap et