525.Az

Azərbaycanda Qandinin şərəfinə poçt markası buraxıldı


 

Azərbaycanda Qandinin şərəfinə poçt markası buraxıldı <b style="color:red"></b>

Azərbaycanda Hindistan Azadlıq Hərəkatının siyasi və ruhanı lideri Mahatma Qandiyə ehtiram olaraq xatirə poçt markası tədavülə buraxılıb.

APA-nın xəbərinə görə, poçt markası M. Qandinin anadan olmasının 150 illiyinin qeyd olunması münasibətilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində fəaliyyət göstərən "Azərmarka" MMC tərəfindən tədavülə buraxılıb.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və "Azərmarka"ya Mahatma Qandinin anadan olmasının 150 illiyinin qeyd olunması münasibətilə poçt markasının buraxılışı- Mahatma Qandiyə göstərilən böyük ehtiram üçün təşəkkür edib.

Səfir qeyd edib ki, Azərbaycan hökümətinin bu jesti Hindistan və Azərbaycan arasında mövcud olan güclü tarixi və mədəni bağları möhkəmləndirəcək. Azərmarkanın direktoru Leyla Güləliyeva Azərbaycanın Mahatma Qandiyə həsr olunan poçt markası buraxan 90 ölkə sırasına qoşulmaqdan məmnun olduğunu bildirib.

Poçt markasının buraxılışı tədbirində diplomatik korpusun nümayəndələri, Azərbaycanın dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin və Bakıdakı Hindistan icmasının üzvləri iştirak edib.

 





27.07.2019    çap et  çap et