525.Az

UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir


 

UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir<b style="color:red"></b> İspaniyanın Webometrics reytinq agentliyi "Şəffaflıq reytinqi - Google akademik istinadlarına görə ən yaxşı universitetlər" (Transparent ranking: Top Universities by Google Scholar Citations in Top Google Scholar Profile) reytinqini açıqlayıb. 

Reytinq agentliyinin iyul ayında açıqladığı "Şəffaflıq Reytinqi -Google akademik istinadlarına görə ən yaxşı universitetlər" (TRANSPARENT RANKING: Top Universities by Google Scholar Citations in Top Google Scholar Profile) reytinqində regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azərbaycanda lider olub.

Qeyd edək ki, Webometrics reytinq sistemi internet saytı olan universitetlərin məlumat bazası əsasında onların reytinqini müəyyən edir. 2004-cü ildən başlayaraq Webometrics ildə iki dəfə - yanvar və iyul aylarında universitetlərin reytinqini hazırlayır. Webometrics reytinq sistemi digər reytinq sistemlərindən kəskin fərqlənir. Burada heç bir universitetdən müraciət qəbul olunmur.  Sistem sırf internet üzərinden xüsusi indikatorlarla veb sistemdə olan universitetlərin məlumatlarını analiz edərək onlara reytinq verir.

Google Scholar Citations reytinqi bütün dünya üzrə  9500 universitet alimini,  həmçinin, demək olar ki, Google Akademiyasında onların  milyona yaxın şəxsi səhifəsini qiymətləndirib. Reytinqdə universitetin mövqeyini onun alimlərinin Google Scholar-da istinadlarının sayı ilə müəyyən edilir.  Reytinqin  tərtibçisi olan Cybermetrics Lab öz tədqiqatında dünyanın ən yaxşı universitetlərinin elmi-tədqiqat fəaliyyətinin nəticələrini qiymətləndirib. Bu reytinq bütün dünyada tədqiqatçıların  Şəbəkədə  yüksək məzmunlu daha çox sayda elmi işlərini dərc etdirməsi üçün əlavə motivasiyadır,  həm də harada olmasından asılı olmayaraq  məqalələri öz həmkarları üçün əlçatan etməkdir.

Reytinqə görə, "Google Scholar" platformasında UNEC alimlərinin elmi məqalələrinə 1977 istinad edilib. UNEC reytinqdəki mövqeyinə görə, "Dakota State University" , "Colorado State University Pueblo",  "Framingham State University", "Lindenwood University",  "Nicholls State University" kimi Amerika  və "University of London", "University of Vechta", "University of Suffolk",  "Turku University of Applied Sciences" və digər Avropa  universitetlərini qabaqlayıb.

Fəlsəfə üzrə fəlsəfə doktoru, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyev deyir ki, Fəlsəfə üzrə fəlsəfə doktoru, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyevin dediyinə görə, UNEC üzərinə düşən missiyasını layiqli şəkildə yerinə yetirmək və müəyyən etdiyi vizyonunu reallığa çevirmək məqsədinə uğurla irəliləyir: "Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun, davamlı olaraq, yeni layihələrlə çıxış edir. UNEC artıq dünyanın elm müzakirə mərkəzinə çevrilib.  Regionun elmi müzakirə mərkəzinə çevrilən UNEC dünyanın nüfuzlu universitetlərinin nümayəndələrini, Nobel mükafatçılarını, elm adamlarını, iqtisadçılarını bir araya toplayan, beynəlxalq konfranslara ev sahibliyi edə bilən universitet statusuna malikdir. UNEC-in professorlarının elmi nəşrləri "Thomson Reuters" kimi nüfuzlu beynəlxalq informasiya agentliklərində dərc olunur. Universitetdə fundamental meqafakültələr fəaliyyət göstərir".

E.Əliyevin sözlərinə görə, bu ali məktəb qarşıya qoyulan əsas məqsədə, nüfuzlu tədqiqat universiteti kimi təşəkkül tapmağa doğru uğurla irəliləyir: "Azərbaycan Dövlət İqtisad Universiteti strateji hədəflərinə doğru inamla irəliləyir. 2030-cu ilə qədər fəaliyyət istiqamətləri və uğur modelini özündə əks etdirən "UNEC-100" İnkişaf Strategiyasında UNEC-in missiyası, gələcəyə baxışı və dəyərləri yer alıb. Strategiyaya əsasən, UNEC-in missiyası ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərməkdir. Regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsinin gələcəyə baxışı isə 100 yaşında dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməkdir".

E.Əliyev bildirib ki, son 5 ildə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil və tədqiqatlar sahəsində ciddi keyfiyyət dəyişikliyi baş verib: "Təcrübə göstərir ki, bu ali məktəbə təyin olunmuş rektor uğura imza atmağın rasional yolunu bilir. Rektor Ədalət Muradov rəhbərlik etdikləri ali məktəbdə üfüqi idarəetmənin tətbiqi yolu ilə bacarıqlı kadrları prosesə cəlb etməyi və qısa zamanda rəqabət mühitinin yaranmasına öz töhfələrini verməyi bacarıb.

"Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyevin söylədiyinə görə, Azərbaycan Dövlət İqtisad Universitetində tələbənin bilik və bacarığı, professor-müəllim heyətinin savadı və peşəkarlığı əsas meyar kimi qəbul edilir: "Bu baxımdan rektor Ədalət Muradovun şəxsi təşəbbüsü və ölkə rəhbərliyi tərəfindən gələcək nəslin savadlı və bacarıqlı kadr kimi yetişdirilməsi üçün qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi istiqamətində atılan addımlar müsbət və təqdirəlayiq hal kimi qiymətləndirilməlidir".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov vurğulayıb ki,  UNEC artıq dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir: Ədalət Muradov UNEC-ə rektor təyin edildikdən sonra bu ali məktəbdə neqativ halların kökü qısa bir zamanda kəsildi, UNEC tədqiqat universitetinə çevrilmək istiqamətində qarşıya qoyduğu strateji hədəfə qısa bir zamanda çata bildi. Tədrisdə sıçrayışlı keyfiyyət dəyişikliyi ilə yanaşı, "Web of Science" və "Scopus" platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin və nüfuzlu beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsi, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artıb. UNEC-də diqqətimi çəkən əsas uğurlardan biri də üçün qəbul imtahanlarının nəticələridir. Belə ki, hər il ali məktəbdə bakalavriat səviyyəsi üzrə qəbul planı 92,1% yerinə yetirilir.

Qəbul imtahanlarında 2-ci qrup üzrə ən yüksək bal toplayanların seçimi məhz UNEC olur. Prezident təqaüdçüləri də məhz UNEC-i seçir".

S.QARAYEVA
 





27.07.2019    çap et  çap et