525.Az

KXDR bir neçə naməlum mərminin atışını həyata keçirib


 

KXDR bir neçə naməlum mərminin atışını həyata keçirib<b style="color:red"></b>

KXDR-in Şərq sahilindən naməlum döyüş sursatlarının bir neçə atışının həyata keçirildiyi bildirilir.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş qərargah rəisləri Birləşmiş Komitəsinin bəyanatına istinadən yerli "Yonhap News" agentliyi məlumat yayıb.

Bildirilir ki, atışlar Hamgyon-Namdo əyalətindən həyata keçirilib.

Həmçinin qeyd olunur ki, komitet vəziyyəti nəzarətdə saxlayır və döyüş hazırlığı vəziyyətindədir.

 





31.07.2019    çap et  çap et