525.Az

ABŞ işğal olunmuş Qarabağa maliyyə yardımını dayandırır


 

<b style="color:red">ABŞ işğal olunmuş Qarabağa maliyyə yardımını dayandırır</b>

ABŞ administrasiyası işğal altındakı Qarabağ ərazisində minaların təmizlənməsi üzrə dəstəyini dayandırır.

Trend-in məlumatına görə, bu barədə Amerikanın Erməni Milli Komitəsinin “Twitter” səhifəsində yazılıb.

Qeyd olunur ki, bir müddət əvvəl ABŞ Nümayəndələr palatasının qəbul etdiyi maliyyələşmə barədə düzəlişə baxmayaraq administrasiya maliyyə dəstəyini dayandırmağa çalışır:

“Bu, USAID tərəfindən maliyyələşən proqramdır. Bu addım ciddi siyasi nəticələrə gətirib çıxaracaq”.

 





31.07.2019    çap et  çap et