525.Az

İki kino xadimi Prezidentin fəxri diplomu ilə təltif edildi


 

İki kino xadimi Prezidentin fəxri diplomu ilə təltif edildi <b style="color:red"></b>

Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sərəncamla Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Əlizadə Oqtay Mahmud oğlu

Rzayev Nazim İsrafil oğlu.

Prezidentin digər sərəncamı ilə Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:

Babayeva Zemfira Baba qızı

Sadıxova Zemfira Emin qızı.

 





31.07.2019    çap et  çap et