525.Az

Rüşvətlə bağlı 316 şəxs barəsində 187 cinayət işi məhkəmələrə göndərilib


 

Rüşvətlə bağlı 316 şəxs barəsində 187 cinayət işi məhkəmələrə göndərilib <b style="color:red"></b>

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və s. faktlar üzrə 316 şəxs barəsində 187 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarımilində “Prokurorluq haqqında” qanunda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə görülən işlərin vəziyyəti və bölgə müşavirələrində aparılan müzakirələrin nəticələrinə həsr olunan geniş əməliyyat müşavirəsində qeyd olunub.

Məlumata görə, məhkəmələrə göndərilən cinayət işləri üzrə vurulmuş 45 milyon 568 min manat ziyandan istintaq müddətində 14 milyon 997 min manatın ödətdirilməsi təmin olunub, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

 





31.07.2019    çap et  çap et