525.Az

Kiyevin “Azərbaycan” küçəsi təmizləndi (FOTOLAR)


 

Kiyevin “Azərbaycan” küçəsi təmizləndi<b style="color:red"> (FOTOLAR)</b> "Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə gənclər də öz töhfəsini verməlidir".

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Ukraynanın "Azərbaycan" küçəsində keçirilən iməcliyə bu devizlə qoşulan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ukrayna Ekologiya Liqası Gənclər təşkilatının fəalları ilk öncə ərazidə yerləşən parka 100-ə yaxın ağac əkməklə dostluq missiyasinin möhkəmləndirlməsi istiqamətində növbəti addımlarını atıblar.

Kiyev şəhər Dnepr rayon icra hakimiyyətinin də dəstək verdiyi iməclikdə azərbaycanlı və ukraynalı gənclər "Azərbaycan" küçəsində təmizlik və abadlıq işləri aparıblar. İməcliyə qatılanlara minnətdarlıqlarını bildirən Ukrayna Ekologiya Liqası Gənclər təşkilatının sədri Aksana Əliyeva Azərbaycanla Ukrayna arasında dostluq əlaqələrinin inkişaf etdirilməsində gənclərin üzərinə düşən vəzifələrdən danışıb.

Bakı şəhərində dahi Ukrayna şairi Taras Şevçenkonun , Qaradağ rayononda isə Les Ukrainkanın abidələrinin ucaldılmasından söz açan təşkilat rəhbəri "Azərbaycan" küçəsində də dahi Azərbaycan şairi Nizami Gəncəvinin adidəsinin ucaldılması üçün Kiyev şəhər İcra hakimiyyətinə müraciət qəbul etdiklərini diqqətə çatdırıb.

Aksiyada iştirak edənlərə minnətdarlığını bildirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov iməcliyin təşkil olunmasında fərqlənənlərə rəhbərlik etdiyi təşkilatın fəxri diplomlarını təqdim etdi.Tədbirin sonunda "Azərbaycan" küçəsində Nizami Gəncəvinin abidəsinin ucaldılması ilə bağlı Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ukrayna Ekologiya Liqası Gənclər təşkilatının hazırladıqları müraciət Kiyev şəhər icra hakimiyyətinə göndərilib.
 





11.10.2012    çap et  çap et