525.Az

Dövlət Komitəsinin rəhbərliyi Zaqatala və Balakəndə qəbul keçirdilər


 

Dövlət Komitəsinin rəhbərliyi Zaqatala və Balakəndə qəbul keçirdilər<b style="color:red"></b>

İyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Zaqatala, sədr müavini Gündüz İsmayılov isə Balakən rayonunda vətəndaşları qəbul ediblər.

Qəbullarda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Qəbula gələn vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 





01.08.2019    çap et  çap et