525.Az

"Bəzi dərmanlarla təminat da icbari tibbi sığorta paketinə daxil olmalıdır"


 

"Bəzi dərmanlarla təminat da icbari tibbi sığorta paketinə daxil olmalıdır"<b style="color:red"></b>

"Azərbaycanda dərmanlarla təminat da icbari tibbi sığorta paketinin xidmətlər paketinə daxil olmalıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melitta Jakab səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün ölkəyə gəlmiş beynəlxalq missiyanın nəticələrinə dair tədbirdə deyib.

O qeyd edib ki, ilkin olaraq 20-30 adda dərman bu paketə daxil ola bilər:

"Bu dərmanlar ilkin səhiyyə xidmətlərinə aid olmalıdır. Paketə qan təzyiqini aşağı salan, şəkər xəstəliyi üçün nəzərdə tutulan, uşaqları infeksiyadan, xüsusilə tənəffüs yolları infeksiyalarından qoruyan antibiotiklər, hamilə qadınlar üçün folik asid və dəmir əlavə edilə bilər. Lakin bununla bağlı hesablama aparılmalıdır".

M.Jakab hesab edir ki, dərmanların paketə daxil edilməsi insanların maliyyə yükünü azaldar.

 





01.08.2019    çap et  çap et