525.Az

Avropa İttifaqı ABŞ-ın Zərifə qarşı sanksiyasına qoşulmayacaq


 

Avropa İttifaqı ABŞ-ın Zərifə qarşı sanksiyasına qoşulmayacaq<b style="color:red"></b>

Avropa İttifaqı ABŞ hökuməti tərəfindən "qara siyahı"ya salınmış İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə bundan sonra da çalışacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS – European External Action Service) sözçüsü Karlos Ruiz de Qordexuela keçirdiyi brifinqdə bildirib.

“ABŞ-ın bu barədəki qərarına təəssüf edirik. İranla diplomatik təmaslar zəruri olduğu üçün bu ölkənin ən yüksək rütbəli diplomatı olan Zəriflə çalışmağa davam edəcəyik”, - deyə Aİ rəsmisi qeyd edib.

Ötən gün ABŞ hökuməti İran rejiminin beynəlxalq birlik üçün siması olduğu, Tehranın nüvə proqramını, ballistik raket yaradılmasını, terrorçu şəbəkələr qurulmasını dəstəkləyən təbliğat və dezinformasiyanın başında durduğu üçün xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq etdiklərini açıqlamışdı.

 





01.08.2019    çap et  çap et