525.Az

Problemli kreditlərin xüsusi çəkisi 11%-ə düşüb


 

Problemli kreditlərin xüsusi çəkisi 11%-ə düşüb<b style="color:red"></b>

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyulun 1-nə 1 486,5 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,5% azdır.

İlin əvvəlinə nisbətən problemli kreditlər 6,2%, son 1 ildə isə 14,85% azalıb.

İyunun sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 11% olub. Bu nisbət mayın sonuna 11,3%, ötən ilin sonuna 12,2%, ötən il iyunun sonuna isə 14,4% təşkil edib.

 





01.08.2019    çap et  çap et