525.Az

Sabunçu, Xətai və Yasamalda qaz təchizatı dayandırıldı


 

Sabunçu, Xətai və Yasamalda qaz təchizatı dayandırıldı <b style="color:red"></b>

Bu gün paytaxtın Sabunçu, Xətai və Yasamal rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılır.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Bünyadov, Ş.Kamilov küçələrində orta təzyiqli qaz kəmərlərində aparılacaq birləşdirmə və təmir işləri ilə bağlı saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb.

Orta təzyiqli yeraltı qaz kəmərində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar isə saat 10:00-dan təmir işləri başa çatanadək Yasamal rayonu, Mətbuat, Şərifzadə, H.Cavid və N.Nərimanov prospektləri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, S.Əsgərova, Ş.Əzizbəyov küçələri və Fövqəladə Hallar, Vergilər, Ekologiya və təbii sərvətlər, Ədliyyə nazirlikləri, Gömrük komitəsi yerləşən ərazilərdə qaz təchizatı dayandırılıb.

Bu gün, həmçinin səhər saat 09:00-dan etibarən orta təzyiqli qaz kəmərlərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən həyət evləri, Naximov, Zeytun yaşayış massivlərində də qaz təchizatı dayandırılıb.

 





02.08.2019    çap et  çap et