525.Az

Xəzərin sahilində böyük iməcilik keçiriləcək


 

Xəzərin sahilində böyük iməcilik keçiriləcək<b style="color:red"></b>

Avqustun 9-da Xəzər dənizinin sahilində böyük iməcilik keçiriləcək.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Nazir müavini qeyd edib ki, iməcilik 12 avqust - Xəzər dənizi günü münasibətilə keçiriləcək.

F.Əliyev vurğulayıb ki, iməcilik Buzovna çimərliyində baş tutacaq. Nazirlik rəsmisi hər kəsi iməcilikdə aktiv iştirak etməyə çağırıb.

 





02.08.2019    çap et  çap et