525.Az

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edildi


 

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edildi<b style="color:red"></b>

Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunan Şahin Bayramov ali məktəbin kollektivinə təqdim edilib.

Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Rektoru kollektivə təqdim edən Təhsil naziri Ceyhun Bayramov Ş.Bayramovun iş təcrübəsi və elmi fəaliyyəti barədə danışıb.

Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb. C.Bayramov bildirib ki, bu gün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir və ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri də insan kapitalının inkişafına nail olmaqdır.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini bildirən nazir bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.

Mingəçevir Dövlət Universitetinin yeni rektoru Şahin Bayramov ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını vurğulayıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da, öz növbəsində, Mingəçevirin təhsil nailiyyətlərindən danışıb və bildirib ki, əsas məqsəd gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. İ.İsmayılov yeni rektora gələcək fəaliyyətində uğurlar arzulayıb.

 





02.08.2019    çap et  çap et