525.Az

"Sağlam gülüşlər" adlı seminar


 

"Sağlam gülüşlər" adlı seminar <b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Üfüq" Gənclərin İnkişafı Naminə ictimai birliyinin təşkilatçılığı ilə "Əhalinin sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirmə tədbirlərinin təşkili" adlı layihənin son seminarı və bağlanış mərasimi keçirilib.

Seminarda "Üfüq" Gənclərin İnkişafı Naminə ictimai birliyinin nümayəndəsi, eyni zamanda, layihənin eksperti Ümidə Rəhimova, 212 saylı tam orta məktəbin müəllim heyəti və 50 nəfər yeniyetmə iştirak edib.

Çıxış edən "Üfüq" Gənclərin İnkişafı Naminə ictimai birliyinin nümayəndəsi, eyni zamanda, "Əhalinin sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirmə tədbirlərinin təşkili" adlı layihənin eksperti Ümidə Rəhimova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirib ki, layihənin məqsədi Bakı şəhərində, ali və orta məktəblərdə tələbə və şagirdlər arasında seminarlar təşkil etmək və onları bu sahədə maarifləndirməkdir.

O deyib ki, hazırda bütün dünyada ən geniş yayılmış diş xəstəliyi dişlərin sərt toxumalarının dağılması - kariyesdir. Ona görə də bir çox ölkələrdə ona qarşı çox ciddi profilaktik tədbirlər aparılır. Hazırda Azərbaycanda da əhalinin 90-95 faizində kariyes var. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, Yer üzündə 5 milyarda yaxın insan kariyesdən əziyyət çəkir.

Son 10 ildə parodontoz xəstəliyi 20 faiz artıb. Dişlərində problem yaranan yaşlıların 84 faizi uşaqlıqda ana südü ilə deyil, süni vasitələrlə qidalananlardır. Dişlərin itkisi ilə nəticələnən diş əti xəstəliyinə planet sakinlərinin təqribən 15 faizində rast gəlinir. Diş-çənə anomaliyaları isə çənə-üz xəstəlikləri arasında birinci yeri tutur və bu problem 3 yaşlı balacaların 75 faizində aşkarlanır. Sadalanan xəstəliklər Azərbaycandan da yan keçmir.

Sonda ekspert tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, layihə çərçivəsində 4 seminar keçirilib: 177, 34, 193 və 212 saylı tam orta məktəblərdə. Ümumiyyətlə, seminarlara 200 nəfər yeniyetmə və gənc cəlb edilib.

 





03.08.2019    çap et  çap et