525.Az

Tovuz, Ağstafa və Qazaxda qaz təchizatı dayandırıldı


 

Tovuz, Ağstafa və Qazaxda qaz təchizatı dayandırıldı <b style="color:red"></b>

Bu gün saat 08.00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral kəmərində aparılan təmir işləri ilə bağlı Tovuz və Ağstafa rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda, həmçinin qeyd edilib ki, bu gün saat 10:00-dan etibarən avqustun 6-sı işlər başa çatanadək Qaz İxrac İdarəsinin balansındakı magistral xətlərdə aparılan sazlama işləri ilə əlaqədar Qazax şəhərinin bir hissəsi, bir neçə kənd, bir sənaye müəssisəsi və 2 məktəbdə qaz təchizatı məhdudlaşdırılıb.

 





05.08.2019    çap et  çap et