525.Az

İran Fars körfəzində daha bir tankeri saxladı


 

İran Fars körfəzində daha bir tankeri saxladı <b style="color:red"></b>

İran Fars körfəzində Ərəb ölkələrinə yanacaq daşıyan tankeri saxlayıb.

Trend-in "Al-Mayadeen" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusundan bildiriblər.

Məlumata əsasən, saxlanılan tanker Ərəb ölkələrinə 700 min litr yanacaq daşıyırmış.

Bildirilir ki, tankerin 7 nəfərdən ibarət heyəti həbs edilib.

 





05.08.2019    çap et  çap et