525.Az

Qubanın Rəziyələr kəndinə su çəkilir


 

Qubanın Rəziyələr kəndinə su çəkilir <b style="color:red"></b>

“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə, 01.05.2019-cu il-01.09.2019-cu il  tarixləri ərzində ”Quba rayonunun Rəziyələr kəndinində əhalinin sağlamlığının qorunması üçün sosial infrastrukturun inkişaf etdirilməsinə dəstək verilməsi” layihəsinin icrası istiqamətində işləri davam etdirir.

Layihənin mahiyyəti bir qrup kənd əhalisinin su ilə təmin olunması üçün təchizat, inşaat işlərinin təşkilindən ibarətdir.

Ötən dövr ərzində, icra planına uyğun olaraq su xəttinin boruları üçün arx (xəndək) qazılıb, borular düzülüb, muftalarla birləşdirilib.

Eyni zamanda, borular su mənbəyinə və su anbarına birləşdirilib. Bununla da layihədə nəzərdə tutulmuş  tikinti-quraşdırma işləri başa çatıb.

Son tamamlama işlərindən sonra su sakinlər arasında bölüşdürüləcək.

 





05.08.2019    çap et  çap et