525.Az

Avstraliyada ilk evtanaziya həyata keçirildi


 

Avstraliyada ilk evtanaziya həyata keçirildi <b style="color:red"></b>

Avstraliyanın Viktoriya ştatında iyunun 19-da qəbul edilmiş evtanaziya (ölməyə yardım etmək) qanunu ilk dəfə tətbiq olunub.

“Report” “News”a istinadən xəbər verir ki, iyulun 15-də Bendiqo şəhərində süd vəzisi xərçəngindən vəfat edən 61 yaşlı Kerri Robinson bu hüquqdan istifadə edən ilk şəxs olub.

Qadının ölüm yatağında ikən yanında olmuş qızları - Cak Hiks və Nikol Robertson onun bu ölümünü müsbət təcrübə deyə səciyyələndirib. “İstədiyi kimi, icazəli ölüm oldu”, - deyə N.Robertson bildirib.

Mart ayında keçirilən hemoterapiya zamanı qaraciyərinin artıq fəaliyyət göstərməyəcəyi bəlli olandan sonra xəstə bütün müalicə tədbirlərini dayandırmaq qərarına gəlib.

Bu, Avstraliya tarixində ilk belə təcrübədir. Qeyd olunur ki, bənzər qanunların Qərbi Avstraliya və Kuinsland ştatlarında da qəbul olunması nəzərdə tutulur.

 





05.08.2019    çap et  çap et