525.Az

Ermənistan baş naziri Xankəndiyə gəldi


 

Ermənistan baş naziri Xankəndiyə gəldi <b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 5-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəlib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Ermənistanın baş nazirini separatçı rejimin başçısı Bako Saakyan qarşılayıb.

Paşinyan Bakı vaxtı ilə saat 19:00-da şəhərin mərkəzi meydanında mitinq keçirəcək.

Bildirilib ki, N.Paşinyan 7-ci ümumerməni idman oyunlarının açılış mərasiminə qatılıb, açılış nitqi söyləyəcək.

Qeyd edək ki, avqustun 6-dan oyunlar başlayacaq.

 





05.08.2019    çap et  çap et