525.Az

Hindistan mübahisəli Kəşmir ştatının xüsusi statusunu ləğv etdi


 

Hindistan mübahisəli Kəşmir ştatının xüsusi statusunu ləğv etdi<b style="color:red"></b>

Hindistanın Cammu və Kəşmir ştatının xüsusi statuasunu ləğv edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ştatın xüsusi status Konstitusiyanın 370-ci maddəsində qeyd olunmuşdu. 

Bu status regiona öz konstitusiyasına malik olmağa, müdafiə və xarici işlər məsələlərini çıxmaq şərti ilə digər sahələrdə müstəqil qərarlar vermək hüququ tanıyırdı. Konstitusiyanın bu bəndinin ləğvi barədə xəbəri daxili işlər naziri Amit Şah parlamentdə çıxışı zamanı dilə gətirib. 

O, ştatın ayrı-ayrılıqda Camm və Kəşmir ştatlarına bölünməsini, tarixi Ladakx bölgəsinin də onlardan ayrılacağını elan edib. 

Qeyd olunur ki, qərar elan olunan kimi Hindistan Pakistanla sərhədə 8 min hərbçi göndərib.

 





05.08.2019    çap et  çap et