525.Az

Avtovağzal gücləndirilmiş iş rejiminə keçir


 

Avtovağzal gücləndirilmiş iş rejiminə keçir<b style="color:red"></b>

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Qurban bayramı ilə əlaqədar sabahdan avqustun 14-nə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Report” Kompleksə istinadən məlumat verir ki, bayram günlərində sərnişinlərin rahatlığının təmin olunması və sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslarının sərnişindaşıma prosesinə cəlb olunması ilə yanaşı, bütün zəruri tədbirlər görüləcək.

Sərnişinlər şikayət və ya sorğularla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng etməklə yanaşı, [email protected] e-mail ünvanına və ya BBAK-ın “Facebook” səhifəsinə yazıb müraciət edə bilərlər.

Biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək əldə etmək mümkündür. “ Onlayn ” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.

Qeyd edək ki, BBAK yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir, qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə cavabdehlik daşımır.

 





06.08.2019    çap et  çap et