525.Az

ABŞ-a vizasız səyahət hüququ olan 38 ölkənin vətəndaşlarına xəbərdarlıq


 

ABŞ-a vizasız səyahət hüququ olan 38 ölkənin vətəndaşlarına xəbərdarlıq<b style="color:red"></b>

ABŞ-a vizasız səyahət hüququ olan 38 ölkənin vətəndaşlarına xəbərdarlıq edilib.

AZƏRTAC ABC telekanalının saytına istinadla xəbər verir ki, Birləşmiş Ştatların Gömrük və Sərhəd Mühafizə İdarəsinin (CBP) internet səhifəsində yerləşdirilmiş məlumatda ABŞ-a vizasız gediş-gəliş güzəşti olan əcnəbi vətəndaşlarla bağlı yeni qaydalar göstərilib.

Belə ki, 2011-ci il martın 1-dən sonrakı dövrdə Şimali Koreya, İran, İraq, Sudan, Suriya, Liviya, Somali və Yəmənə səyahət etmiş Avropa İttifaqı ölkələri, Yaponiya, Yeni Zelandiya, Cənubi Koreya, Tayvan, Bruney, Çili və Avstraliya vətəndaşları Birləşmiş Ştatlara vizasız gedə bilməyəcəklər.

Məlumatda qeyd olunur ki, VWP (əcnəbilərin vizadan azad edilməsi) proqramı çərçivəsində ABŞ-a səyahət etmək istəyən və həmin ölkələrdə olmuş şəxslər viza almadan qəbul edilməyəcək.

Xatırladaq ki, ABŞ-a vizasız səyahət qanununa daxil olan ölkələrin vətəndaşları Birləşmiş Ştatlar ərazisində 90 gün müddətində qala bilirlər.

 





06.08.2019    çap et  çap et