525.Az

Konqres Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilər


 

Konqres Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilər<b style="color:red"></b>

ABŞ Konqresinin respublikaçıları və demokratları ölkə prezidenti Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilərlər.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına əsasən, Konqres üzvləri Türkiyəyə qarşı sanksiyaların bu ölkənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması səbəbindən tətbiq edilməyini istəyirlər.

Sanksiyalar 20170ci ildə ABŞ-da qəbul edilən "CAATSA" ("Amerika əleyhinə olanlara qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında") qanununa uyğun olaraq tətbiq edilməlidir.

 





07.08.2019    çap et  çap et