525.Az

Ərdoğan: "ABŞ özünü həqiqi müttəfiq kimi aparmalıdır"


 

Ərdoğan: "ABŞ özünü həqiqi müttəfiq kimi aparmalıdır"<b style="color:red"></b>

ABŞ özünü həqiqi müttəfiq kimi aparmalıdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlərlə görüş zamanı deyib.

O vurğulayıb ki, ABŞ Türkiyəyə qarşı ədalətsizdir:

“Təəssüf ki, məhz bizim müttəfiqimiz ABŞ Suriyanın şimalında terrorçuları silahlandırıb”.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyənin təhlükəsizliyi ilk növbədə NATO-nun təhlükəsizliyidir:

“Türkiyənin milli maraqları hətta hərbi yolla da müdafiə olunacaq və Ankara özünə qarşı yönəlmiş bütün təhdidləri zərərsizləşdirəcək”.

 





07.08.2019    çap et  çap et