525.Az

Türkiyə müdafiə naziri: "ABŞ-la birlikdə fəaliyyət göstərməyi arzulayırıq"


 

Türkiyə müdafiə naziri: "ABŞ-la birlikdə fəaliyyət göstərməyi arzulayırıq"<b style="color:red"></b>

"Türkiyə və ABŞ nümayəndələri arasında Suriyanın şimalında təhlükəsizlik bölgə yaradılması ilə bağlı müzakirələr müsbət istiqamətdə davam edir".

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar tərəflər arasında məsələyə dair aparılan müzakirələri şərh edəkən bildirib.

“Biz cənub sərhədlərimizdə terror dəhlizinin yaranmasına icazə verməyəcəyik. Bu məsələdə mümkün olanı edəcəyik. ABŞ olmasa, bunu təkbaşına etməkdə fikrimiz qətidir. Biz toplantıda təhlükəsizliyimizlə bağlı narahatlığımızı dilə gətirdik.

Prezidentimizin (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutulur-red.) ifadə etdiyi kimi biz müttəfiqimiz ABŞ-la birlikdə fəaliyyət göstərməyi arzulayırıq”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Türkiyə və ABŞ-ın hərbi heyəti Suriyadakı vəziyyətə dair müzakirə aparır.

 





07.08.2019    çap et  çap et