525.Az

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev saxlanıldı


 

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev saxlanıldı <b style="color:red"></b>

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev saxlanılıb.

Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, A.Atambayevin vəkili bildirib ki, xüsusi təyinatlılar keçmiş prezidentin evinə yaxınlaşıblar, ərazidən atəş səsləri eşidilib.

A.Atambayevin 300-ə yaxın tərəfdarı onun evinin qarşısında barrikada quraraq xüsusi təyinatlılara mane olmaq istəyib. 10-dan artıq şəxsin yaralandığı bildirilir.

2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.

 

 





07.08.2019    çap et  çap et