525.Az

Atambayevin iqamətgahında xüsusi əməliyyat: 1 ölü, 52 yaralı


 

Atambayevin iqamətgahında xüsusi əməliyyat: <b style="color:red">1 ölü, 52 yaralı </b>

Qırğızıstanın eks prezidenti Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı yaranmış qarşıdurmada 52 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, faktı Qırğızıstan Səhiyyə Nazirliyi təsdiq edib.

Məlumata görə, xəstəxanaya 52 nəfər müraciət edib. Onlardan 20 nəfər xəstəxanada, daha 11 nəfər güc strukturlarının tibb müəssisələrində müalicə olunur.

Qeyd edək ki, daha bir nəfər xüsusi təyinatlının isə həlak olduğu qeyd edilir.

 





08.08.2019    çap et  çap et