525.Az

Atambayevin tərəfdarları girov götürdükləri xüsusi təyinatlıları sərbəst buraxdılar


 

Atambayevin tərəfdarları girov götürdükləri xüsusi təyinatlıları sərbəst buraxdılar<b style="color:red"></b>

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin tərəfdarları girov götürdükləri xüsusi təyinatlı əsgərləri sərbəst buraxıblar.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə sabiq prezidentin iqamətgahından bildirilib.

Qeyd edək ki, ötən gün Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilib. Əməliyyat zamanı 52 nəfər yaralanıb, bir xüsusi təyinatlı həlak olub.

Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) A. Atambayevin iqamətgahında altı xüsusi təyinatlı əsgərin saxlanıldığını açıqlayıb. 

 





08.08.2019    çap et  çap et