525.Az

"Artilleriya atəşinin ustaları” müsabiqəsində komandamız uğur qazandı


 

"Artilleriya atəşinin ustaları” müsabiqəsində komandamız uğur qazandı <b style="color:red"></b>

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən Azərbaycan komandası yarışlara inamla qoşulub.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, dünən keçirilən mərhələdə artilleriyaçılarımızın birinci heyəti öz bacarığını nümayiş etdirib.

Gecə və gündüz atışlarında iştirak edən birinci heyətimiz hakimlərin qərarına əsasən 12 komanda arasında 3-cü yerə layiq görülüb.

 





08.08.2019    çap et  çap et